GABA
Get Adobe Flash player

Müraciət

Hörmətli dostlar, Sizi salamlayıram və dəyərli vaxtınızı ayırıb saytımızı ziyarət etdiyiniz üçün Sizə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, saytla tanışlığınız gələcəkdə ümumi inkişafa doğru birgə əməkdaşlığımıza körpü olacaq. Bu işdə hər birimizə uğurlar arzulayıram.

Uğurlarımız

2002 – Almaniyada yerləşən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (IFOAM) üzvü seçilib;

2003-2004 – Azərbaycanda ekoloji kənd təsərrüfatı sahəsində ilk layihələrin icrasına başlanılıb;

2005 – Azərbaycanda ilk Ekoloji Sertifikatlaşdırma Orqanı “AZEKOSERT”-i yaradıb; Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanun layihəsini hazırlayaraq Milli Məclisə (Parlamentə) təqdim edib;

2006 - Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə Azərbaycanda ilk “Ətraf mühitin və torpağın ekoloji monitorinqi” laboratoriyasını yaradıb;

2006 – Azərbaycanda ilk dəfə olaraq “Ekoloji Kənd Təsərrüfatı” adlı jurnalın nəşrinə başlayıb;

2007 – Azərbaycan Dövlət Aqrar Universitetində Ekoloji Kənd Təsərrüfatı kafedrası yaradılıb və Ekoloji Kənd Təsərrüfatının Menecmenti ixtisası açılıb;

2008 – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanunu öz sərəncamı ilə təsdiq edib;

2009 – Ekoloji sahədə hüquqi normativ aktlar hazırlanıb və təsdiq olunub;

2010 – Ekoloji Sertifikatlaşdırma Orqanı AZEKOSERT MMC ilə birlikdə Almaniyanın Nürnberq şəhərində keçirilən BioFach Dünya Ticarət Sərgisində ilk dəfə Azərbaycanı təmsil edib və öz üzvləri olan ekoloji fermerlərin 6 adda ekoloji təmiz məhsullarını (nar, heyva, xirnik qurusu, əncir qurusu, zoğal qurusu və alça lavaşı) nümayiş etdirib;

2010 – İdarə Heyətinin sədri, prof. Amin Babayev Azərbaycanda davamlı inkişaf və ekoloji kənd təsərrüfatının genişlənməsi sahəsində göstərdiyi xidmətlərə görə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmləri Akademiyasının (Sankt Peterburg, Rusiya) Lomonosov adına Qızıl Medalı ilə təltif olunub;

2010 – Azərbaycanda keyfiyyətin idarəolunması sistemini tətbiq edən ilk qeyri-hökumət təşkilatı kimi İsveçrənin SGS sertifikatlaşdırma orqanı tərəfindən ISO 9001-2008 sertifikatına layiq görülüb.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters