Get Adobe Flash player

Xəbərlər

İFC təşkilatı GABA ilə birgə kənd təsərrüfatı təşkilatları üçün Global GAP standartları üzrə unikal seminar təşkil edəcək. Seminar qida təhlükəszliyi standartları üzrə beynəlxalq təcrübəsi olan ekspertlər tərəfində keçiriləcək.

Bu seminarda Siz kənd təsərrüfatı istehsalında tətbiq olunan və Avropa Birliyi və başqa bazarlara məhsulun ixrac edilməsi üçün ən vacib standart sayılan Global G.A.P. haqqında məlumat alacaqsız.

İştirak üçün Dəvətnaməni yükləyə biləırsiniz.

Tədbir 15 dekabr 2016-cı il tarixdə saat 14-00-da GABA –nın ofisində , Gəncə şəhəri, İ. Qayıbov 19 ünvanında keçiriləcək.


Alternative text – include a link to the PDF!

Ətraflı (PDF)

 

ABŞ Səfirinin fermer təsərrüfatına səfəri

ABŞ-ın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəlada və səlahiyyətli Səfiri  cənab Robert Sekuta 14 aprel 2015-ci il tarixdə Gəncə şəhərində səfərdə oldu. Səfər ərəfsində o, Gəncə Aqrobiznes Assosiasiyasının informasiya-məsləhət dəstəyi ilə Samux rayonu ərazisində yaradılmış istixana təsərrüfatında olmasına maraqlı olduğunu bildirmiş və həmin təsərrüfata səfər etmişdir. Fermer təsərrüfatında keçirilən görüş zamanı cənab Səfir burada müasir texnologiyalarla istixana şəraitində  tərəvəz bitkilərinin yetişdirilməsini yüksək qiymətlədirdi.  Cənab Səfir görüşün yekununda təsərrüfata baxışdan məmnunluq hissi keçirdiyini və Azərbaycanın kənd təsərrüfatının böyük prespektivlərinin olduğunu xüsusi vurğuladı.

 

Yaponiya səfirliyi ilə əməkdaşlıq davam edir

Yaponiya hökuməti ilə ölkəmiz arasında qurulmuş etibarlı dostluq və əməkdaşlıq əlaqələri daima genişlənir və inkişaf edir. Bu əməkdaşlığın növbəti nümunəsi kimi Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Goranboy rayonunun Nadirkənd kəndinin su təchizatının yaxşılaşdırılmasına xidmət edəcək layihəni qeyd etmək olar. Layihənin həyata keçirilməsi ilə əlaqədar qrant müqaviləsinin imzalanması münasibətilə 6 noyabr 2014-cü il tarixində Goranboy Rayon İcra Hakimiyyətində rəsmi mərasim keçirilmişdir. Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi qeyd etmişdir ki, bu, Yaponiya hökumətinin Goranboy rayonunda həyata keçirdiyi ilk layihədir və kənd əhalisinin içməli suya tələbatını davamlı surətdə ödəmək məqsədini daşıyır. Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Baxış Abdullayev göstərilən dəstəyə görə Yaponiya hökumətinə və cənab səfirə rayon rəhbərliyi və kənd sakinləri adından minnətdarlığını bildirmişdir. Mərasimin sonunda “Goranboyun Nadirkənd kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır. Müqaviləni Yaponiya hökuməti tərəfindən səfir Tsuquo Takahaşi və Gəncə Aqrobiznes Assosiasiyasının İdarə heyətinin sədri Vüqar Babayev imzalamışlar.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters