Get Adobe Flash player

Microsoft Office Word formatında

18 may 2012-ci il

“Gəncə Aqrobiznes Assosiasiyası” (GABA) Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin qrantı çərçivəsində “Kənd təsərrüfatını inkişaf etdirməklə Goranboy rayonunda məskunlaşmış məcburi köçkünlərin gəlirlərinin artırılması” layihəsini həyata keçirir. GABA bu layihə çərçivəsində Goranboy rayonunda məcbiri köçkünləri məskunlaşdığı “Yeni Veyisli” qəsəbəsində tərəvəz toxumlarının və bitki mühafizə vasitələrinin layihə benefisiarlarına paylanılması nəzərdə tutulmuşdur. Qeyd edilən fəaliyyət üçün GABA tərəvəz toxumlarının və bitki mühafizə vasitələrinin alınması üçün tender elan edir:

– Tərəvəz və səbzə bitkilərinin toxumları:

Pomidor – 1 kq

Xiyar – 4 kq

Bibər – 2.5 kq

Badımcan – 2.5 kq

Səbzə bitkiləri – 200 kq

– Tərəvəz istehsalında istifadə edilən əsas bitki mühafizə vasitələri:

İnsektisid – 60 litr

Akarasid – 30 litr

Fungisid – 90 kq

Təqdim olunan tərəvəz bitki toxumları və bitki mühafizə vasitələrinin keyfiyyətinə zəmanət verən sertifikatın olması vacibdir.

Tender 08 iyun 2012-ci il tarixində saat 1700-da “Gəncə Aqrobiznes Assosiasiyasının” ofisində keçiriləcəkdir. Tenderdə iştirak ücün sənədlərin son qəbul vaxtı 07 may 2012-ci il saat 18 00-dəkdir. Tenderdə marağı olan bütün hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

 

Gəncə Aqrobiznes Assosiasiyası”
Ünvan:
Gəncə şəhəri, Zərrabi 47.
Tel: +99422 256 94 00
Fax: +99422 252 12 61

Comments are closed.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters