Get Adobe Flash player

USAID-in maliyyə dəstəyi ilə GABA tərəfindən “Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsinin icrasına başlanmışdır. Layihə Azərbaycanın Gəncə-Qazax iqtisadi regionuna daxil olan 9 inzibati rayonunu (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Qədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy) əhatə edir. Layihənin fəaliyyət planına uyğun olaraq hər rayonda 1 və ya 2 təsərrüfat olmaqla dünyanın ən qabaqcıl aqrar ölkələrində tətbiq olunan informasiya kommunikasiya texnologiyaları (İKT) və innovasiyalardan istifadə etməklə 12 nümunəvi fermer təsərrüfatlarının yaradılması planlaşdırılır (açıq sahə və istixana tərəvəzçiliyi, alma və moruq bağları, arıçılıq). Təsərrüfatların yaradılması üçün xərclər layihə tərəfində qarşılanacaq.

  • Şəmkir rayonunda layihə tərəfindən 2 (iki) nümunəvi təsərrüfatın yaradılması planlaşdırılıb: 1) 1 ha sahədə alma (M9) bağı və 2) 0,8 ha açıq sahədə pomidor, xiyar, badımcan və bibər məhsulları olmaqla tərəvəzçilik.
  • Ağstafa rayonunda layihə tərəfindən pomidor, xiyar, badımcan və bibər tərəvəz məhsulları üzrə 0,032 ha sahədə 1 nümunəvi istixana təsərrüfatının yaradılması planlaşdırılıb.
  • Daşkəsən rayonunda layihə tərəfindən 1 nümunəvi arıçılıq təsərrüfatının yaradılması planlaşdırılıb. Təsərrüfat 30 arı ailəsi ilə layihə tərəfindən təmin olunacaq.
  • Qazax rayonunda layihə tərəfindən 1 ha sahədə nümunəvi alma (M9) bağının yaradılması planlaşdırılıb.
  • Gədəbəy rayonunda layihə tərəfindən 1 nümunəvi arıçılıq təsərrüfatının yaradılması planlaşdırılıb. Təsərrüfat 30 arı ailəsi ilə layihə tərəfindən təmin olunacaq.
  • Goranboy rayonunda layihə tərəfindən pomidor, xiyar, badımcan və bibər tərəvəz məhsulları üzrə 0,032 ha sahədə 1 nümunəvi istixana təsərrüfatının yaradılması planlaşdırılıb.
  • Göygöl rayonunda layihə tərəfindən hər biri 0.2 ha sahədə olan 2 (iki) nümunəvi giləmeyvə (moruq) təsərrüfatlarının yaradılması planlaşdırılıb.
  • Samux rayonunda layihə tərəfindən pomidor, xiyar, badımcan və bibər tərəvəz məhsulları üzrə 2 nümunəvi təsərrüfatın yaradılması planlaşdırılıb: 1) istixana tərəvəz istehsalı 0,320 ha sahədə və 2) açıq sahədə tərəvəz istehsalı 0,8 ha sahədə.
  • Tovuz rayonunda layihə tərəfindən 1 ha sahədə nümunəvi alma (M9) bağının yaradılması planlaşdırılıb.

Bunun üçün 1(bir) fermerlə (Lider fermer) anlaşma memorandumu imzalanacaq və onun sahəsində təsərrüfatların yaradılması həyata keçiriləcək. Layihədə iştirak etmək üçün fermerlər ərizə ilə müraciət etməlidirlər. Ərizə formasını  http://www.saf.gaba.az saytından və ya yerli bələdiyyələrdən əldə edərək, doldurub həmin bələdiyələrə təqdim edə və ya göstərilən ünvana elektron qaydada göndərə bilərsiniz.  Lider fermerlər layihə tərəfindən təşkil edilmiş və 7 nəfər üzvü olan komissiya tərəfindən müəyyən olunmuş  meyarlar əsasında seçiləcək.

Ərizlərin son təqdim edilmə müddəti: 14 noyabr 2016-cı il, saat 18:00 qədərdir

Əlavə məlumat:

Müraciət üçün ünvan: Gəncə şəhəri, İ.Qayıbov, 19

Tel/Fax: +994 22 256 94 00,

E-poçt: office@gaba.az

Yalçın Nəsibov: +994 77 477 00 79

Cəfər Cəfərov: +994 55 351 36 96

Comments are closed.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters