Get Adobe Flash player

GABA-nın fəaliyyəti dövründə beynəlxalq təşkilatlar, fondlar, QHT və Yerli İdarəetmə Orqanları ilə birlikdə regional layihə və proqramlar həyata keçirilmişdir.

 

Tamamlanmış Layihələr

1. Fermer təsərrüfatının idarəetməsi üzrə təlim və fermerlərə elmi-metodiki kömək;

2. Azərbaycanın Qax, Zaqatala, Balakən rayonlarında fındıq istehsalçılarının marketinq birliklərinin yaradılması;

3. Azərbaycanın Şəki, Oğuz və Qəbələ rayonlarında fındıq istehsalçılarının marketinq birliklərinin yaradılması;

4. Cənubi Qafqazda fermerçiliyin gücləndirilməsinə və inkişafına köməklik;

5. Ağcəbədi və Beyləqan rayonlarında məcburi köçkünlərə və qaçqın icmalarına yardım və dəstək;

6. “Aqrobiznes sahəsində gənc kadrların hazırlanması” məqsədi;

7. Gəncə şəhərinin ətraf mühit sahəsində maarifləndirmə, məsləhət və təhsil işi;

8. Gəncə şəhərində kanalizasiya tullantılarının çirkab suları ilə suvarılan kənd təsərrüfatı məhsulu bazarının marketinq tədqiqatları;

9. Gəncə Gil-Torpaq Kombinatının tullantılarının yaratdığı ekoloji fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə QHT-lər, dövlət orqanları və bələdiyyələrin gücünün Gəncə şəhərində birləşdirilməsi;

10. Bioloji Kənd Təsərrüfatçılığının ideya və prinsiplərinin yayılması;

11. Gəncə Aliminium Zavodunun ətraf mühiti çirkləndirməsinin nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması;

12. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı;

13. Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarının fermerlərinin maarifləndirilməsi;

14. Bərdə rayonunun Gərənə kəndində irriqasiya sisteminin bərpası;

15. Yonca və buğda istehsalçıları fermer birliklərinin yaradılması;

16. OSCE və GTZ sifarişi üzrə “Təlimatçıların təlimi”-nin təşkili;

17. GTZ sifarişi üzrə “Təlimatçıların təlimi”-nin təşkili;

18. Azərbaycanın 4 rayonunda “Biznesin Əsasları” treninqi;

19. Kənd təsərrüfatında rəqabətli təsərrüfat formalarının inkişafı;

20. Goranboy və Xanlar rayonlarında fermerlərin maarifləndirilməsi;

21. Azərbaycanın Goranboy və Xanlar rayonlarında bioloji kənd təsərrüfatı prinsiplərinin yayılması və fermerlərin maarifləndirilməsi;

22. Azərbaycanın Qərb regionunda Bioloji Kənd Təsərrüfatının inkişaf etdirilməsinə sistemli yanaşma və davamlı kənd təsərrüfatının prinsipləri;

23. Azərbaycanda səhralaşmaya qarşı mübarizə;

24. Vətəndaş cəmiyyətinin inkişafı;

25. Azərbaycanın Mərkəzi Aran zonasında Qros sektorda irriqasiya və elektrik enerjisindən istifadənin bazar tədqiqatı;

26. Azərbaycanın Mərkəzi Aran zonasında süd və yem istehsalının bazar tədqiqatı;

27. Ətraf mühit və iqtisadi fəaliyyət proqramı;

28. Aqrar sektorun gücləndirilməsi ilə Xatınlı icmasının iqtisadi inkişafı;

29. Aqrar sektorun gücləndirilməsi ilə Qaradağlı icmasının iqtisadi inkişafı;

30. Cənubi Qafqaz, Moldova və Qırğızıstan Respublikasında bioloji zəncirin inkişafı;

31. Biləsuvar rayonunda texniki peşə məktəblərinin inkişafı yolu ilə kasıblığın aradan qaldırılması;

32. Azərbaycan Respublikası Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış mıcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması;

33. Gənclərin ekoloji təfəkkürünün inkişafı vasitəsilə kənd yerlərində davamlı inkişafın təmin olunması;

34. Biomüxtəlifliyin davamlı idarə edilməsi – Yabanı bitkilərin toplanması – FAİRÜİLD sertifikatlaşması davamlı idarəetmə modeli;

35. BAS proqramı;

36. Kənaf təcrübəsi.

37. Goranboy rayonu icmalarına istixana təsərrüfatçılığının təqdimatı

38. Azərbaycanda ekoloji kənd təsərrüfatının inkişafının gücləndirilməsi;

39. Cənubi Qafqazda ekoloji kənd təsərrüfatının gücləndirilməsi.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters