Get Adobe Flash player

1. Dərman bitkilərinin tədarükü, istifadəyə hazırlanması və heyvandarlıqda tətbiqi

(ekofermerlər üçün təlimat, məsləhət və tövsiyələr)., Broşura, Gəncə, 2006

Annotasiya

Əsərdə kənd təsərrüfatında, xüsusilə də ekoloji təsərrüfatçılıqda heyvanların xəstəlik və zərərvericilərinə qarşı profilaktika və müalicə məqsədilə istifadə olunan dərman bitkilərinin növləri, təyinatı, tədarükü qaydaları şərh olunur, istifadə formalarının hazırlanması və tətbiqi qaydaları tövsiyə olunur.

 

2. Azərbaycanın təbii sərvətləri və onlardan səmərəli istifadə., Monoqrafiya, Gəncə, 2005

Annotasiya

Monoqrafiyada  Azərbaycanın təbii resurslarından istifadənin ekoloji, iqtisadi və hüquqi əsasları şərh olunur. Ölkə ərazisində  başlıca torpaq, su, bioloji və mineral resursları barədə ətraflı məlumat verilir, onların istismarı və mənimsənilməsi ilə bağlı ekoloji problemlər açıqlanaraq aradan qaldılırması yolları göstərilir. Təbii resurslardan səmərəli istifadənin təşkilinə dair ekoloji, iqtisadi və sosial maraqları əhatə edən sistemli yanaşma verilir.

 

3. Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi., Dərslik, Bakı, 2004

Annotasiya

Kitabda Azərbaycanda kənd təsərrüfatı heyvanlarının yemləndirilməsində istifadə olunan yem növləri, onların tədarükü və saxlanması, müxtəlif kənd təsərrüfatı heyvanlarının yem rasionu və yemləmə qaydaları şərh olunur.

 

4. Ekoloji Kənd Təsərrüfatının Əsasları., dərslik, Gəncə, 2011

Annotasiya

Azərbaycanda ilk dəfə çapa hazırlanan bu dərslikdə ekoloji kənd təsərrüfatının yaranma və inkişafı tarixi, onun əsasları, prinsipləri, ekoloji məhsuların becərilməsi, emalı üsulları və qaydaları, ekoloji standartlar, sertifikatlaşma proseduru və c.  hüquqi-normativ məsələlər  şərh olunur.

 

Qeyd: Yuxarıda qeyd olunan əsərləri rəsmi sorğu əsasında GABA-dan əldə edə bilərsiniz.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters