Get Adobe Flash player

GABA-nın təşəbbüsü ilə Azərbaycanın Qərb regionunda davamlı inkişafın təminatı və ekoloji tarazlığın bərpası probleminin həlli ilə əlaqədar olaraq 02 sentyabr 2003-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzi, Gəncə Aqrobiznes Assosiasiyası və Nizami Rayon Bələdiyyəsindən ibarət Konsorsium yaradılmışdır.

 

Konsorsiumun yaradılmasında başlıca məqsəd respublikanın qərb regionunda:

  • Aqrar islahatların aparılmasında informasiya-məsləhət xidmətinin təşkili;
  • Sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dəstək;
  • Bölgənin böyük təbii ehtiyatlarından səmərəli istifadəyə nail olmaqla qapalı silsiləli təhlükəsiz texnologiyaların tətbiqi;
  • Uzun illər boyu yığılmış yüksək miqdarda müxtəlif sənaye tullantılarının təkrar istehsalına imkan verən texnologiyaların tətbiqi;
  • Regionun kənd təsərrüfatında orta və xırda sahibkarlığın inkişaf etdirilməsi;
  • Bölgədə ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi;
  • Yeni mütərəqqi texnologiyalar tətbiq etməklə emal sənayesinin inkişaf etdirilməsi;
  • Vətəndaş cəmiyyətinin inkişafına nail olmaq üçün əhalinin hüquq və vəzifələrini əhatə edən maarifləndirmə işinin təşkili;
  • Dərin kökləri olan xalq sənətkarlığına qayğı və kömək etməklə onların birliklərinin təşkil edilməsi;
  • Regionun çox qədim olan tarixini öyrənməklə maddi-mədəni irsin bərpası işinə dəstək.

 

 

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters