Get Adobe Flash player

Ekoloji Kənd Təsərrüfatı qlobal miqyaslı sürətli inkişafını son 7 ildə tapmışdır. Lakin qeyd etmək lazımdır ki, inkişaf etməkdə olan ölkələrdə daha çox qeyri-sertifikatlı ekoloji təsərrüfatçılıq yayılıb. 1999-cu ildən başlayaraq dünya miqyasında ekoloji kənd təsərrüfatı haqqında məlumatları Ekologiya və Kənd Təsərrüfatı Birliyi (SOEL) və Ekoloji Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu (FİBL) toplayır və sistemləşdirir. 2003-cü ilin nəticələri nəşr edildikdən sonra dünyanın 108 ölkəsində 700 üzvü olan Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (İFOAM) da bu layihəyə qoşulmuşdur. Bu topluda Azərbaycanda ekoloji kənd təsərrüfatının inkişafı ilə bağlı məlumatlar da əks olunub.

 

Hazırda dünyanın 120 ölkəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları yetişdirilir. Son dövrlər aparılan sorğu və araşdırmalara əsasən dünya miqyasında 35 milyon hektara yaxın torpaq sahəsi və 630 mindən çox təsərrüfat ekoloji üsullarla idarə olunur.

 

Dünyada ekoloji təsərrüfatçılıq altında olan torpaq sahələri qitələr üzrə aşağıdakı şəkildə paylanılıb:

  • Avstraliya – 12.4 mln ha
  • Avropa – 7.4 mln ha
  • Cənubi Amerika – 4.9 mln ha
  • Asiya – 3.1 mln ha
  • Şimali Amerika – 2.2 mln ha
  • Afrika – 0.4 mln ha

 

    MODERN AGRİ. TECHNOLOGİES
    Hava
    Ziyarətçilər
    free counters