Get Adobe Flash player

Hazırda dünyada Ekoloji Kənd Təsərrüfatına xüsusi əhəmiyyət verilməsi Azərbaycanda da bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə təkan vermişdir. Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının pioneri sayılan Gəncə Aqrobiznes Assosiasiyası (GABA) tərəfindən hazırlanmış “Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında” Qanun layihəsi 2008-ci ildə Milli Məclisdə qəbul olunmuş və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə qüvvəyə minmişdir.

 

GABA-nın fəaliyyəti əsasən respublika ərazisinin təqribən yarısını əhatə edən qərb, şimal-qərb və mərkəzi rayonlarında həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının təxminən 50%-i həmin rayonların payına düşür. Fəaliyyəti əsasən bu rayonları əhatə etməsinə baxmayaraq, GABA ənənəvi kənd təsərrüfatından ekoloji kənd təsərrüfatına keçid cəhdlərini bütün Azərbaycana şamil edən güclü strategiyaya malikdir. Hazırda ölkədə bir milyondan artıq əhali kənd təsərrüfatı ilə məşğuldur ki, bu da işlək əhalinin təxminən 40%-ni təşkil edir və onlardan 20,5%-i qadınlardan ibarətdir.

 

Ekoloji kənd təsərrüfatı ətraf mühitlə bağlı məsələlərə, eləcə də 1996-cı ildə kollektiv təsərrüfatlarını fərdi təsərrüfata çevirməkdə əziyyət çəkən fermerlər üçün alternativi olmayan bir cavab idi. Təsərrüfat resursları, xüsusilə də gübrə, pestisid və baytarlıq məhsullarını əldə etmək çox çətin və baha başa gəlirdi. Ekoloji kənd təsərrüfatı isə Azərbaycan fermerlərini ətraf mühitin mühafizəsi və iqtisadi baxımdan faydalı olmaq şərtilə davamlı kənd təsərrrüfatı istehsalı sisemini yaratmaq üçün uğurlu seçimlə təmin edirdi. 2000-ci ildən başlayaraq 2000-dən çox fermer ekoloji kənd təsərrüfatı üsulları üzrə təlimlər keçmiş və 332 fermer öz məhsullarına ekoloji sertifikat almaqla bağlı müraciət etmişdir. Son bir neçə il GABA üçün çox məhsuldar keçmişdir. Belə ki, son illərdə ekoloji kənd təsərrüfatı ilə bağlı çoxsaylı layihələrlə yanaşı, GABA həm də Azərbaycan Dövlət Aqrar Universitetində Ekoloji Kənd Təsərrüfatı kafedrasının açılmasına, ölkəmizdə ilk ekoloji sertifikatlaşdırma orqanı “AZEKOSERT”-in və “Ətraf mühitin və torpağın ekoloji monitorinqi” laboratoriyasının yaradılmasına təşəbbüs göstərmiş və buna nail olmuşdur.

 

Artıq bir neçə ildir ki, fermerlərimiz bu sistemin üstünlüklərindən yararlanır və yaxın vaxtlarda həmin təsərrüfat subyektlərinə Avropa standartlarına uyğun ekoloji təsərrüfat statusu sertifikatları veriləcəkdir. Bu məqsədlə yaradılmış “Azekosert” Təşkilatının bu ilin sonuna qədər Avropa Komissiyasında akkreditasiya olunacağı gözlənilir.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) məlumatına əsasən hazırda Azərbaycanda 332 fermer 20 min hektar torpaq sahəsində ekoloji kənd təsərrüfatı ilə məşğul olur. Onun 3 min 105 hektarı əkin altında olan sahələrdir. Bu torpaqlardan 2 min hektarında dənli və paxlalı, 206 hektar sahədə isə tərəvəz bitkiləri becərilir. Həmçinin 755 hektar torpaq sahəsində meyvə bağları salınıb.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters