Get Adobe Flash player

Gəncə Aqrobiznes Assosiasiyası (GABA), Azərbaycanın Gəncə şəhərində yerləşən və əsas missiyası insan resurslarının inkişaf etdirilməsi, bilik və bacarıqların ötürülməsi yolu ilə ölkənin aqrar sektorunun davamlı inkişafını təbliğ etməkdən ibarət olan milli qeyri-hökumət təşkilatıdır. GABA-nın təməli 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Zaqatalada aqrar islahatların gedişinə cəlb olunmuş ADAU-nun (keçmiş AKTA-nın) bir qrup aparıcı alimləri tərəfindən qoyulmuş, Avrasiya Fondu, USAİD layihəsinin dəstəyi ilə 2000-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

GABA Azərbaycanda ekoloji kənd təsərrüfatını təbliğ edən aparıcı təşkilatdır. GABA-nın təşkilati strategiyası geniş istiqamətli olmaqla “Ekoloji kənd təsərrüfatının inkişafı və ənənəvi kənd təsərrüfatının dəstəklənməsi vasitəsilə kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək, aqrar sektorun davamlı inkişafını təmin etmək” dir. GABA strateji məqsədlərinə nail olmaq üçün bir çox metodlardan istifadə edir. GABA-nın fəaliyyətində başlıca məqsəd kimi maarifləndirmə, marketinq, himayədarlıq və icmanın inkişafı durur.

 

GABA fermerlərin ekoloji kənd təsərrüfatına keçidinin təşkili, ətraf mühitə qayğı ilə əlaqədar fermerlərin və böyük sayda ictimaiyyətin maarifləndirilməsi, ekoloji təmiz məhsullar haqqında istehlakçıların məlumatlandırılması, istehsal və emal sənaye müəssisələri üçün ekoloji təmiz məhsulların təbliği kimi sahələrdə fəaliyyətini gücləndirməklə Azərbaycanın ekoloji kənd təsərrüfatı hərəkatında yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı səylərini davam etdirir. GABA ekoloji kənd təsərrüfatı hərəkatını genişləndirmək məqsədilə proqram və strategiyalarını öz ölkəsinin, eləcə də Avropa Birliyi ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə və Yaponiyanın mövcud resurslarından yararlanaraq hazırlayır.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters