Get Adobe Flash player

Məsləhət xidmətinin məqsədi fermer və sahibkarların aqrar sahədə bilik və bacarıqlarının artırılması yolu ilə onların öz bizneslərini inkişaf etdirmələrinə dəstək verilməsidir. Məsləhətlər həm individual, həm də qrup şəklində həyata keçirilir. Məsləhət xidmətinə aqrar istehsalatın müxtəlif sahələrində (bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı iqtisadiyyatı) məsləhət xidmətlərinin göstərilməsi, ekoloji kənd təsərrüfatında rəqabətə davamlı kənd təsərrüfatı müəssisələrinin inkişaf proqramlarının (təlim və seminarlar təşkil etməklə) hazırlanması, nümayiş tarlaları yaratmaqla yeni üsul və texnologiyaları ötürülməsi, təsərrüfatın inkişafı üçün biznes planların işlənib hazırlanması və s. daxildir. Xidmətlərimizdən bütün fiziki və hüquqi şəxslər təşkilata üzv olmaqla və məsləhət xidmətinə aid proseduralarla tanış olduqdan sonra müvafiq müqavilə bağlamaqla faydalana bilər.

MODERN AGRİ. TECHNOLOGİES
Hava
Ziyarətçilər
free counters